İRNA-nın məlumatına görə, Qərbi Avropa məsələləri üzrə baş direktor bu çağırışda dünyanın istənilən yerində İslami müqəddəslərə qarşı edilən hər hansı hücumu pisləyərək deyib: “Avropada kitab yandırılması cəhalət dövrünün və orta əsrlərin qaranlıq atmosferini xatırladır ki, bu da öz növbəsində qərbdə fikir və düşüncə azadlığı üçün ən böyük təhlükədir.”
Qərbi Avropa məsələləri üzrə baş direktor Avropa hökumətlərinin kitabların yandırılması ilə bağlı passiv yanaşmasına toxunaraq bildirib ki, kitab yandırmaq düşüncə azadlığının məhv olması deməkdir və belə bir iyrənc cinayət qarşısında susmağın zorakılıqdan, terroru təşviq etməkdən və təbliğ etməkdən başqa bir nəticəsi yoxdur.
O, əlavə edib: “Düşüncəni yandırmağa müqəddəs azadlıq anlayışı ilə haqq qazandırmaq olmaz. Ona görə də həm kitabı yandıranlar, həm də passiv davranışları ilə bu cür anti-mədəni hərəkətlərə şərait yaradan hökumətlər cavabdeh olmalıdır.
İnanırıq ki, Danimarka hökuməti İslam müqəddəslərinin təhqir edilməsi qarşısında məsuliyyətli və effektiv hərəkət etsəydi, bu gün belə bir iyrənc hərəkətin şahidi olmazdıq.
İran İslam Respublikası hökuməti dünyanın azad düşüncə sahibləri və müsəlmanlarla birlikdə Danimarka hökumətindən qabaqlayıcı tədbirlər görməyi, acı və qaranlıq yanaşmaların təkrarlanmaması üçün ciddi addımlar atmasını, cinayətkarları həbs edərək ağır cəzalandırmaqla ilahi dinlərin müqəddəslərinə hörmət və dinc yanaşı yaşama prinsipinin reallaşmasına zəmin yaratmasını tələb edir.”
Danimarka səfiri Qurani-Kərimə hörmətsizlik olunmasından təəssüfləndiyini bildirərək deyib: “Danimarkanın xarici işlər naziri Quranın təhqir edilməsini açıq şəkildə pisləyib və bunu dəhşətli bir hərəkət kimi qiymətləndirib.”
Başqa dinlərə hörmətsizlik etməyi rüsvaylıq adlandıran səfir deyib ki, buna əsasən, Danimarka hökuməti özünü təfriqə yaratmaqdan başqa məqsədi olmayan bu rüsvayçı təxribatlardan uzaq tutur.
Danimarka səfiri vəziyyəti ən qısa zamanda ölkəsinin paytaxtına çatdıracağını bəyan edib.
Sizin rəyiniz